Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız 3-cü turda Rusiya ilə qarşılaşıb.

Bundan əvvəlki iki görüşdə quru hesabla uduzan komandamız bu dəfə də sensasiya edə bilməyib. Gözlənildiyi kimi matç şimal qonşularımızın üstünlüyü ilə keçib. 3 set davam edən oyunda Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız növbəti quru hesablı məğlubiyyətlə barışmalı olub.

Avropa çempionatı

A qrupu

III tur

  Azərbaycan - Rusiya 0:3 (16:25, 17:25, 13:25)