Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların seleksiya prosesinə yenidən start verib. "Rekord.az" xəbər verir ki,“Seçim günü” çərçivəsində ilk mərhələ yanvarın 13-də Bakı şəhərində təşkil olunub.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Bakı Regional Voleybol Klubunda məşq edən 2012–2013-cü il təvəllüdlü 100-ə yaxın qız voleybolçunun hazırlıq səviyyəsi ilə yaxından tanış olub.
Voleybolçular müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, məşqçilər heyəti tərəfindən onların fiziki və texniki göstəriciləri qeydə alınıb. Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaqlar.
Qeyd edək ki, növbəti “Seçim günü” yanvarın 17-də Sumqayıt şəhərində, Şərqi Zəngəzur Regional Voleybol Klubu və Sumqayıt Regional Voleybol Klubunun bazasında keçiriləcək.