
AVF-nin Naxçıvan Filialı yaradıldı
- 16:45
- 40
Azərbaycan Voleybol Federasiyasının (AVF) Naxçıvan Filialı yaradılıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.
Qurumun əsas məqsədi AVF-nin fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybolu inkişaf etdirməkdir.
Qeyd edək ki, buna qədər muxtar respublikada Naxçıvan Voleybol Federasiyası fəaliyyət göstərib. 2002-ci ildə yaradılmış bu qurum 2025-ci ilin fevralında ləğv olunub.