Azərbaycan Voleybol Federasiyasında (AVF) Regional Voleybol Klublarının (RVK) nümayəndələri ilə görüş keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin idman şöbəsinin direktoru Şir-Aslan Kərimov, kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev, eləcə də AVF və RVK nümayəndələri iştirak ediblər.
Bildirilib ki, görüşün əsas məqsədi görülən işlərin qiymətləndirilməsi, həmçinin gələcək fəaliyyət planlarını müəyyənləşdirməkdir.
RVK nümayəndələri öz layihələri haqqında məlumat verib, təkliflərini səsləndiriblər.