Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 10-cu turun daha iki oyunu baş tutub.

Rekord.az xəbər verir ki, Atom” “Sıçrayış”la, “Gəncə” “Xırdalan”la qarşılaşıb.

“Atom” “Sıçrayış”ı 94:62 hesabıyla məğlub edib. “Gəncə” - “Xırdalan” görüşü isə ikincilərin qələbəsiylə yekunlaşıb – 95:75. 

Turun ilk qarşılaşmasında lider “Zirvə” “Sərkərdə” ilə üz-üzə gəlib və inamlı qələbəyə imza atıb – 103:86.

“80-lər” - “Atletik” qarşılaşması isə gələn həftə baş tutacaq.