
“Atletiko” yeni transferini itirdi
- 15:20
- 42
İspaniyanın "Atletiko" klubunun futbolçusu Aleks Baena iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, buna 24 yaşlı yarımmüdafiəçinin La Liqanın 1-ci turunda "Espanyol"a uduzduqları (1:2) oyunda zədələnməsi səbəb olub.
Aleks Baena cari ilin iyulunda "Vilyarreal"dan "Atletiko"ya keçib.