“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
- 30 Apr 2026 01:00
- 151
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
Rekord.az xəbər verir ki, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" komandası ilə qarşılaşıb.
"Metropolitano" stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib.
Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.
Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda PSJ "Bayern"i 5:4 hesabı ilə üstələyib.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
29 aprel
Atletiko (İspaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: X.Alvares, 56-pen – V.Dyökereş, 44-pen.