"Atletiko" Madrid yeni transfer üçün çalışmalara başlayıb.

Rekord.az xəbər verir ki, Madrid klubunun hədəfində olan futbolçu "Marsel"in yarımmüdafiəçisi Jonatan Klossdu.

Daha öncə bu futbolçuya 9 milyon avro təklif edən "Atletiko" artıq təklifin məbləğini 12 milyon avroya qaldırıb.