
"Atletiko" bu futbolçunu icarəyə vermək istəyir
- 03 Yan 2023 14:45
- 395
"Atletiko" Avropa nəhənglərinin transfer siyahısında yer alan Joao Feliksi icarəyə verməyə hazırdır.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı hücumçunu mövsümün sonuna kimi icarəyə verə bilər. Madrid klubu 23 yaşlı forvard üçün 15 milyon avro tələb edir. Bundan əlavə Feliksi icarəyə götürən klub onun 6 milyon avroluq maaşını ödəməlidir.
"Mançester Yunayted" və "Arsenal" futbolçunu icarəyə götürmək istəyir. Lakin İspaniya klubunun tələb etdiyi məbləğə görə transfer baş tutmaya bilər.
Qeyd edək ki, "Atletiko" Joao Feliksi 2019-cu ilin yayında "Benfika"dan transfer edib. Portuqaliyalı futbolçu cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 19 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.