Astarada şəhidin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib
- 14:21
- 110
Astara rayonunda Şəhid Afərin Qulamzadənin əziz xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib. "Rekord.az" xəbər verir ki, 12 komandanın iştirak etdiyi turnirdə “Kral Mamusta” mini futbol komandası final görüşündə rəqibi "Problem" FK-nı 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda qaliblər, baş hakim, ən yaxşı oyunçu, ən gənc oyunçular, eləcə də turnirin təşkilatçısı Anar Bağırov Cənub Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti Sakin Məmmədzadə tərəfindən diplom və dəyərli hədiyyələrlə təltif olunublar.
Şəhidimizin əziz xatirəsinə həsr olunan bu turnir iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.