Astara rayon Uşaq- Gənclər İdman-Şahmat Məktəbində 2010-2011-ci il təvəllüdlü Astara rayon komandasının Təhsil” Respublika İdman Mərkəzinin mini futbol üzrə Respublika birinciliyində yüksək nailiyyət qazanması münasibətilə görüş və mükafatlandırma mərasimi keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva, Astara rayon UGİŞM-nin direktoru Azər İbrahimov, Astara Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Cabir Hüseynov, Astara UGİŞM-nin Futbol bölməsinin məşqçiləri Etibar Axundov, Qəhrəman Mirzəyev çıxış etmişlər. Çıxışlarda uşaq, yeniyetmə və gənclər arasında futbol idman növünün inkişafına diqqətin daha da artırılmasının əhəmiyyəti qeyd olunmuş, qazanılan nailiyyətlər münasibətilə idmançılar və məşqçilər təbrik olunmuşlar.

Qeyd edək ki, Astara rayon UGİŞM-nin komandası Beynəlxalq Futbol Federasiyasının qaydaları əsasında 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan, 34 rayonun UGİŞM-nin komandalarının qatıldığı “Təhsil” Respublika İdman Mərkəzinin Mini futbol üzrə Respublika birinciliyinin 24-27 aprel 2023-cü il tarixlərində İmişli rayonunda keçirilən zona yarışında fəxri I yeri, 2-4 may 2023-cü il tarixdə Bakı şəhərində keçirilən final mərhələsində III yeri qazanmışlar.

Yekunda idmançılara Astara RGİİ-nin fəxri fərmanları və Astara rayon Təhsil Sektorunun mükafatları təqdim edilmişdir.