18-19 sentyabr tarixlərində Astara rayonunda Astara şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. "Rekord.az" xəbər verir ki, Cənub Regional Futbol Federasiyasının (CRFF) təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda iştirak edib. 

Maraqlı mübarizə şəritində keçən yarışda finalda "Ojəkəran" və "Tüləgüvan" komandaları üz-üzə gəliblər. Qarşılaşmada 2:1 hesabı ilə "Ojəkəran" qalib gəlib və çempion adını qazanıb. Həm qalib, həm də mükafatçı komandalara hədiyyələri CRFF-in vitse-prezidenti Fəzail Əbilov təqdim edib. Yarışın ən yaxşı futbolçusu, qapıçısı və digər ən yaxşıları da xüsusi təltif ediliblər.

Turniri regionun tanınmış idman adamları, həmçinin digər ictimai şəxsləri izləyiblər.