Asiya kubokunda 2 medal
- 22:30
- 31
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku start götürüb.
Rekord.az xəbər verir ki, beynəlxalq turnirdə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb.
-60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev gümüş, -50 kq çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal qazanıb.
Ölkəmiz turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.