"Arsenal"ın yeni kapitanı rəsmiləşib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, Martin Edeqor London təmsilçisinin yeni kapitanı olub.

Qeyd edək ki, ötən mövsümün əvvəlində Pyer-Emerik Obameyanq "Arsenal"dan ayrıldığı üçün kapitanlıq sarğısı Aleksandr Lyakazettə keçmişdi. Ancaq fransalı futbolçu da ötən mövsümün sonu klubdan azad agent kimi ayrılaraq "Lion"a keçmişdi.

Qeyd edək ki, Edeqor 2021-ci ilin yanvar ayından "Arsenal"da çıxış edir.23 yaşlı norveçli yarımmüdafiəçi 2021/2022 mövsümündə klubun heyətində bütün turnirlədə  40 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.