“Arsenal”ın və İsveçrə millisinin keçmiş futbolçusu Yohan Curunun yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Syon” klubuna keçib.

Bu barədə İsveçrə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müdafiəçi mövsümün sonuna qədər “Syon”un formasını geyinəcək.

Karyerası ərzində “Arsenal”, “Hannover”, “Hamburq”, “Antalyaspor”, SPAL kimi klublarda çıxış edən Curu, 76 dəfə də İsveçrə yığmasının formasını geyinib.