İngiltərə millisinin və "Arsenal" klubunun futbolçusu Bukayo Saka dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.


Rekord.az xəbər verir ki, buna 23 yaşlı hücumçunun Premyer Liqanın 2-ci turunda "Lids"lə oyunda zədələnməsi səbəb olub.


O, çempionatın növbəti turunda, "Liverpul"la matçda meydana çıxmayacaq. Bundan əlavə, Saka İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiya ilə qarşılaşmalarını da buraxmalı olacaq.