“Arsenal”da ciddi itki
- 03 Mar 2020 16:21
- 830
İngiltərənin “Arsenal” klubu ciddi itkiylə üzləşib.
Rekord.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Lukas Torreyra sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə Federasiya kubokunun 1/8 finalının “Portsmut”la matçında (2:0) zədələnən 24 yaşlı yarımmüdafiəçi 16-cı dəqiqədə meydanı tərk edib.
Uruqvaylı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
London təmsilçisinin digər zədəlilərindən də xəbər var. Belə ki, Kiran Tirni artıq komanda ilə məşqlərə başlayıb. 22 yaşlı şotlandiyalı futbolçu dekabrda aldığı zədə səbəbindən əməliyyat olunmuşdu. O, gözləniləndən tez sağalıb və tezliklə komandaya kömək edə biləcək. Daha bir zədəli futbolçu Sedrik Soareşin də qısa zamanda komanda ilə məşqlərə başlaması gözlənilir.