
“Arsenal” Quliyevin yoxluğunda ÇSKA-dan xal aldı
- 13 Sen 2021 22:00
- 556
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Quliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Arsenal” geridə qalan 7 turda 5 xal toplayıb və 16 kollektiv arasında 15-cidir.