Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Reyms”dən Aksel Disasini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçiylə 5 illik müqavilə imzalanıb.

Disasi ilə İngiltərənin “Arsenal” klubu yaxından maraqlanırdı. Bir müddət əvvəl futbolçunun “topçular”la razılaşdığı da iddia olunurdu.

Disasi son mövsümdə Liqa 1-də 27-də oyunda iştirak edib.