
Argentinalı azarkeşlər də petisiya təşkil etdilər
- 28 Dek 2022 13:15
- 349
Fransa millisinin azarkeşlərinin DÇ-2022-nin final oyunu ilə bağlı FİFA-ya müraciəti qarşı tərəfi qıcıqlandırıb.
Rekord.az xəbər verir ki, argentinalı azarkeşlər buna cavab olaraq petisiya təşkil ediblər.
Fransalılar matçın yenidən keçirilməsi ilə bağlı müraciət etmişdilər. Argentinalılar isə buna cavab addımı kimi petisiyaya start veriblər. Onlar aksiyaya “Fransa, bəsdi ağladın” adını veriblər.
Yayılan məlumatlara görə, cənubi amerikalıların müştərək ərizəsində bir neçə gün ərzində daha çox imza toplanıb.