Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla oyunda (1:1) öz rekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.

Yığma komanda bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Argentinalılar 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi. 

Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq DÇ-2022-yə vəsiqə qazanıb.