
Ardıcıl 3-cü dəfə, tarixdə 10-cu dəfə Super Kubok qazandılar
- 31 İyl 2022 01:54
- 520
Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın sonuncu qalibi “Bayern”lə Almaniya kubokunun sahibi “Leypsiq” komandaları qarşılaşıb.
8 qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb – 5:3.
Beləliklə, “Bayern” ardıcıl 3-cü, bütövlükdə isə 10-cu dəfə Almaniya Super Kubokunun qalibi olub.