
“Araz-Naxçıvan”ın zədəlilərindən xəbər var
- 02 May 2025 16:20
- 58
Misli Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 3-də “Sabah”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, “qırmızı-ağlar” bu gün oyunöncəsi son məşqini keçirib.
Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib.
“Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək və stadiona giriş biletsiz olacaq.