“Araz-Naxçıvan”ın iki legionerinə milli komandalarından dəvət gəlib
- 15:40
- 32
"Araz-Naxçıvan"ın iki legioner futbolçusu ölkələrinin milli komandalarına dəvət alıblar.
Rekord.az xəbər verir ki, bunlar Kristian Avram və Felipe Santosdur.
K.Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.
F.Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.