Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.


Rekord.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "qırmızı-ağlar"ın formasını geyinəcək.


O, 2023-cü ildən komandada çıxış edir.


Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.