"Araz-Naxçıvan" Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirəcək.


Rekord.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib I Liqada çıxış edən "Şəfa" olacaq.


Oktyabrın 10-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.