I Divizionun lideri olan "Araz Naxçıvan" Premyer Liqa hazırlııqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi lisenziyalaşdırmanın tələblərinə uyğun olaraq lazımı sənədləri toplamqla məşğuldur.

Komandanın baş məşqçisi Azər Bağırovun saytımıza verdiyi məlumata görə, bu yöndə işlər qaydasında gedir və hətta yekunlaşmaq üzrədir. Qısası, Naxçıvan təmsilçisi növbəti mövsüm Premyer Liqada oynayacağına çox ümidlidir.