Xəbər verdiyimiz kimi, I Divizionun lideri "Araz Naxçıvan" Bakı hazırlığı çərçivəsində fevralın 1-də "Neftçi-2" ilə qarşılaşacaq.

Baş məşqçi Azər Bağırovun Rekord.az-a verdiyi məlumata görə, bundan sonra komanda Naxçıvana qayıdacaq və hazırlıqlarını orada davam etdirəcək.

Fevralın 7-də isə "Qarabağ-2" ilə çempionat matçını oynamaq üçün yenidən Bakıya qayıdacaq.