"Araz Naxçıvan" hələ stadion tapmayıb: Sumqayıt, Şamaxı, Masazır
- 21:00
- 26
Çempionatın startına 20 gün qalıb, bütün klublar stadionla bağlı sifarişini PFL-ə təqdim edib, ancaq "Araz Naxçıvan" hələ də stadion tapa bilmir.
Rekord.az xəbər verir ki, "Liv Bone de Arena"da təmir işləri gedir.
Buna görə Naxçıvan təmsilçisi başqa stadion tapmağa məcburdu. Bakıda isə boş stadion yoxdur. Ona görə naxçıvanlılar bölgələrdəki stadionları da nəzərdən keçirir. Əslində "Araz Naxçıvan" Sumqayıtda oynamaq istəyir. Lakin burda da sıxlıq var. "Sumqayıt" "Mehdi Hüseynzadə"də, "Şəfa" isə "Socar Polimer Arena"da ev oyunlarını keçirəcək. Yalnız "Şəfa" ilə "Araz Naxçıvan"ın oyun günlərini uyğunlaşdırmaq olsa. Sumqayıtda oynamaq olar. Lakin bununla bağlı da "Sumqayıt" klubu razılıq verməlidir. Çünki "Socar Polimer Arena"da bu komanda özü də məşqlərini keçir. Bu qədər yüklənmə isə qazona mənfi təsir edə bilər.
Şamaxı variantı da var. Bakıya daha yaxındı və süni örtük olduğu üçün yüklənməyə dözümlüdür. Hər halda, "Araz Naxçıvan" gələn həftə yekun qərarını PFL-ə bildirməlidir.
Naxçıvanlılar Masazırı da gözdən keçirir. "Sabah" "Liv Bone de Arena"ya köçsə o zaman "Araz Naxçıvan" ev oyunlarını Masazırda keçirə bilrə. Amma bunun da reallaşması üçün Mərdəkandakı stadionda təmir yekunlaşmalıdır.