"Araz Naxçıvan" Premyer Liqada oynayacağı halda heyətində ciddi dəyişikliklər edəcək.

Lakin Rekord.az xəbər verir ki, bu, hazırkı heyətin böyük hissəsinin göndərilməsi anlamına gəlmir.

Bir neçə aparıcı futbolçu var ki, onlarla yeni müqavilələrin imzalanacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə, Orxan Əliyevlə, Fəhmin Muradbəyli Premyer Liqada da Naxçıvan klubunun heyətində olacaq.