
Araz Abdullayev karyerasını bitirməyə hazırlaşmır və yayı gözləyir
- 13 Fev 2023 13:00
- 620
"Sumqayıt"dan ayrılandan bəri klubsuz qalan Araz Abdullayev karyerasını bitirməyi düşünmür.
Rekord.az-a daxil olan məlumata görə, millimizin sabiq üzvü hazırda fərdi şəkildə məşqlərini davam etdirir ki, formadan düşməsin.
Qışda heç bir klubdan ciddi təklif almayan 31 yaşlı futbolçu formasını qoruyub yayda özünə klub tapacağına əmindir.