Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib.

Rekord.az bu barədə ARAF-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.

Baş Assambleyanın fevralın 2-də Bakıdakı yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.