“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli bu yaxınlarda Azərbaycanda olub, “Sumqayıt” – “Qarabağ” matçını izləyib və eyni zamanda Ağdam klubunun bazasında olub, klub rəsmləri ilə görüşüb.

Rekord.az xəbər verir ki, albaniyalı futbolçu bundan sonrsa sabiq klubu ilə əməkdaşlıq edəcək.

Daha çox “Qarabağ”ın futbol akademiyası ilə maraqlanacaq, Aqolli eyni zamanda istedadlı gənc futbolçuların ABŞ-a yollanmasına da yardımçı olacaq.

Qeyd edək ki, Ansi hazırda ABŞ-da  özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.