Mövsümün sonunda azad agent kimi PSJ-ni tərk edəcək argentinalı yarımmüdafiəçi Anxel Di Maria "Yuventus"a keçmək üzrədir. 

Rekord.az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" səhifəsi üzrəndən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, "Yuventus"un nümayəndələri argentinalı futbolçunun agentləri ilə danışıqlar aparır. 34 yaşlı yarımmüdafiəçi ilə Turin klubu arasında razılıq əldə olunacağı gözlənilir. 

Di Maria 2015-ci ildə PSJ-yə keçib. O, 7 il ərzində bütün yarışlarda 294 oyunda 92 qol vurub və 118 məhsuldar ötürmə edib. Argentinalı futbolçu əvvəllər “Mançester Yunayted”, “Real Madrid”, “Benfika” və “Rosario Sentral”da çıxış edib.