"Xan Lənkəran" Antalyadakı təlim-məşq toplanışını başa vurub.

Rekord.az xəbər verir ki, komanda bu gün vətənə dönür.

Toplanışdan sonra heyətin bir neçə üzvünün COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Ümumilikdə 10 nəfərdə bu hal qeydə alınıb. Sözügedən şəxslər komandanın vitse-prezidenti Rəhman Abbasov, baş məşqçi İbrahim Uzunca, mətbuat xidmətinin rəhbəri Famil Məmmədov, həkim Elşən Əkbərov, qida sektoruna nəzarətçi Anar Əzimov, futbolçular Orxan Sadıxlı, Kamran Abdullazadə, Cavidan İzzətli, Vadim Kərimov və Vüqar Rəhimovdu.

30 nəfərlə toplanışa qoşulan "Xan Lənkəran"ın digər üzvləri bu gün Azərbaycana qayıdırlar.

Onu da bildirək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan şəxslərin səhhətlərində heç bir problem yoxdu. Təyin olunan karantin müddəti bitəndən sonra onlar da Türkiyəni tərk edəcəklər. ("Futbol plus")