Andrey Sinenka: "Hələlik uğur bizim tərəfimizdə deyil" - MÜSAHİBƏ
- 17:00
- 128
"İmişli"nin qapıçısı Andrey Sinenka Rekord.az-a müsahibə verib:
- "Sumqayıt"a dramatik oyunda məğlub oldunuz. Öncə oyunla bağlı fikirlərini öyrənmək istərdil...
- Emosional oyun alındı. Gərgin keçdi. Oyun keyfiyyəti o qədər də yüksək deyildi. Öz tərəfimizdən bunu deyə bilərəm ki, o qədər də yaxşı oynamadıq.
- Sonluq çox qalmaqallı oldu. Nə baş verdi?
- Bizim səhvimiz onda oldu ki, emosiyamızı oyunda qoya bilmədik. Standard vəziyyətlər, künc zərbələri və s. və s. Oyundan sonra baş verənlər olmamalı idi. Hisslərimizi qorumağı bacarmalıyıq.
- Qaçırılan penalti ilə bağlı nə deyə bilərsən?
- Penalti penaltidir, vura bilmədik, təəssüf doğuran məqam odur ki, bu, neçənci dəfədir baş verir, amma bu da futbolda olan şeylərdi. Bunun üzərində işləmək lazımdır.
- Mövsüm ərzində üçüncü dəfədir ki, penaltini qola çevirə bilmirsiniz. Bunun səbəbi nədir, psixoloji problemdi, yoxsa, məşqlərdə bunun üzərində çalışmırsınız?
- Yox, məşqlərdə çalışırıq. Penalti lotoreyadır, alınmayanda alınmır.
- Hətta üç dəfə?
- (gülür) olur. Ola bilsin hələlik uğur bizim tərəfimizdə deyil.
- Sən özün vurmaq istəmirsən?
- Yox (gülür)
- Penaltini İbrahimin vuracağı öncədən danışılmışdı, yoxsa özü vurmaq istədi?
- İbrahim penaltini yaxşı vurur. "Sabah"la oyunda da o vurmuşdu. Komanda da ona güvənirdi. Sadəcə, alınmadı.
- Amma oyundan sonra dava saldı. Bu haqda onunla danışdınıq?
- Açığı həmin an nə baş verdiyini görmədim.