
Ançelottinin tezti yenə “pozitiv” çıxdı
- 05 Apr 2022 16:45
- 470
“Real”ın baş məşqçisi Karlo Ançelottinin koronavirus testi növbəti dəfə müsbət çıxıb.
Rekord.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis koronavirus səbəbindən Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə oyununa görə Londona getməyə bilər.
Ançelottinin sabah verəcəyi testin nəticəsi mənfi olsa, onun İngiltərəyə getməsində problem olmayacaq.
Sabah keçiriləcək “Çelsi” – “Real” matçına saat 23:00-da start veriləcək.
Ançelotti koronavirus səbəbindən La Liqada “Selta” ilə oyunu (2:1) buraxmışdı.