
Ançelotti: "İtaliya millisinin baş məşqçisi olmaq?"
- 12 Apr 2022 15:20
- 491
"Real"ın baş məşqçisi Karlo Ançelotti İtaliya millisinin çalışdırıcısı kimi işləmək perspektivlərindən danışıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, yığmada işləməyi düşünmədiyini deyib:
"İtaliya millisinin baş məşqçisi olmaq? Bu barədə düşündüm, amma klubdakı gündəlik işi xoşlayıram. Fikrimi dəyişməyəcəyim vaxta qədər millini çalışdırmayacağam. İldə 3 dəfə məşq keçmək istəmirəm”.