“Real”ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə koronavirus testi verib.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı baş məşqçinin koronavirus testi mənfi çıxıb.

Beləliklə, o, UEFA Çempionlar Liqasının 1/4 finalında “Çelsi” ilə oyun üçün Londona gedə biləcək.

Ançelotti “Real”ın oyunöncəsi məşqinə qatılacaq və oyun zamanı komandanın “sükanı arxasında” olacaq.

Ançelottinin daha əvvəlki koronavirus testləri müsbət nəticələnmişdi.

“Çelsi” – “Real” matçı bu gün keçiriləcək və saat 23.00-da başlayacaq.