"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

Rekord.az xəbər verir ki, 63 yaşlı mütəxəssis bu məlumatları təkzib edib:

“Bilmirəm, heç kim mənimlə əlaqə saxlamadı və Braziliya federasiyası mənə zəng gəlmədi. Sadəcə "Real"da qalmaq istəyirəm. Mən heç vaxt “Real”dan getməyi istəməyəcəyəm".

Qeyd edək ki, Braziliya Futbol Federasiyası yığmanın DÇ-2022-nin 1/4 finalında mübarizəni dayandırmasından sonra baş məşqçi Tite ilə yolları ayırıb. Komandanı Ançelottinin çalışdıracağı barədə məlumatlar yayılmışdı.