"Sumqayıt"ın Ukraynadan olan yeni transferi Anatoli Nuriyev artıq komandaya qoşulub.

Rekord.az xəbər verir ki, kollektiv məşqlərdə iştirak edən Anatolinin adı "Neftçi" ilə oyunun sifariş ərizəsinə daxil ediləcək.

Onun ilk dəqiqələrdən meydançaya çıxıb-çıxmayacağına isə baş məşqçi Aleksey Baqa qərar verəcək.