Amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.


Rekord.az xəbər verir ki, matçlar oktyabrın 17-19-u aralığında təşkil olunacaq.


Qarşılaşmalar "ASCO Arena"da gerçəkləşəcək.


Bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zəərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.