
Amerikalı oyunçu "Gəncə"də
- 07 İyl 2025 14:31
- 60
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu növbəti legioner oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, Gəncə təmsilçisi bu dəfə amerikalı Alisa Kimin keçidini reallaşdırıb.
24 yaşlı libero ilə bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, amerikalı voleybolçu ötən mövsümü Rumniyanın "Rapid Buxarest" komandasında keçirib və ölkə kubokunda bürünc medala sahib çıxıb.
Libero karyerası ərzində Sloveniyanın "GEN-I" və ABŞ-nin "Gonzaga University" komandalarında da forma geyinib.