Almaniya millisinin üzvü dünya çempionatında iştirak etməyəcək
- 15:30
- 33
Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq.
Rekord.az Almaniya Futbol İttifaqına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.
L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulian Naqelsmann turnir üçün komandaya onun əvəzinə "Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqonu dəvət edib.
A.Uedraoqo ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları dünya çempionatının seçmə mərhələ oyununda Almaniya yığmasının heyətində debüt edib və matçın son qolunu vurub.
Qeyd edək ki, Almaniya yığması DÇ-2026-da E qrupunda Kurasao, Fildişi Sahili və Ekvadorla mübarizə aparacaq.