
Alman futbolçu PSJ-dən gedir
- 29 Mar 2022 16:21
- 471
Almaniya millisinin üzvü Tilo Kerer PSJ-də qalmayacaq.
Rekord.az “RMC Sport”a istinadən xəbər verir ki, Paris klubu 25 yaşlı müdafiəçi ilə müqaviləni yeniləyərək onun transferində pul qazanmaq niyyətindədi.
PSJ ilə müqaviləsi 2023-cü ildə sona çatacaq futbolçu isə yayda Fransanı tərk etmək niyyətindədi. Oyun praktikasından əziyyət çəkən Kerer İtaliyaya yollanacaq. O, 2018-ci ildə “Şalke”dən PSJ-yə keçmişdi.