Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandıran “Yuventus”un çempionatdakı işləri yaxşı gedir.

Rekord.az xəbər verir ki, İtaliya nəhəngi son oyunda “Salernitana” üzərində qələbə (2:0) ilə bu turnirə sonuncu vəsiqəni verən 4-cü yerdəki mövqeyini möhkəmləndirib.

“Yuventus” hazırda lider “Milan”dan 7 xal geri qalır. Maraqlıdı ki, baş məşqçi Massimiliano Alleqri komandasının çempionluq uğrunda yarışmadığını deyir:
 

“Klubun baş direktoru Mauritsio Arrivabenenin dediyi kimi, minimum hədəfimiz İtaliya kubokunun finalına çıxmaq və çempionatda 4-cü yeri tutmaqdı. Mövsümün əvvəlində üzləşdiyimiz çətinliklərə görə çox xal itirdik. Amma indi komandamız özünəinamı geri qaytarıb. Aprelin 3-də keçiriləcək oyunda “İnter”lə 3-cü yer uğrunda mübarizə aparmaq bizim üçün böyük uğur sayılır. “Yuve” skudetto uğrunda yarışmır, bu həqiqətdi. Amma yanvarın əvvəlindən əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Və addım-addım irəli hərəkət etməliyik”.