İtaliya A Seriyasının "Yuventus" - "Udineze" (2:0) matçının sonlarında maraqlı hadisə baş verib.

Rekord.az xəbər verir ki, Turin klubunun baş məşqçisi Massimilyano Alleqri futbolçusu Adrien Rabyonu "təhdid" edib.

Bu, fransalı futbolçu yan xəttə yaxın ərazidə iki rəqib futbolçunun pressinqinə məruz qalarkən baş verib.

Alleqri Rabyoya deyib: "Risk eləmə. Topu itirsən, səni öldürəcəm".