Kiyev "Dinamo"sunun və Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev vətəninin müdafiəsi uğrundan gedən döyüşlərdə iştirak etmək üçün orduya yazılıb.
 
Rekord.az "Sport.ua" saytına istinadən xəbər verir ki, Əliyev sosial şəbəkə hesabında hərbi geyim ilə fotosunu paylaşıb. 

Qeyd edək ki, sabiq futbolçu bir neçə gün öncə işğalçılara qarşı əlində silahla Kiyevi müdafiə edəcəyi barədə açıqlama vermişdi.