
“Alanyaspor”un baş direktoru “Qarabağ”ı ziyarət etdi
- 31 Mar 2022 13:41
- 495
Türkiyənin “Alanyaspor” klubunun baş direktoru Serkan Daldal “Qarabağ”ı ziyarət edib.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov “İnstagram” hesabında məlumat yayıb.
O, Daldalla fikir mübadiləsi apardıqlarını bildirib. Super Liqa təmsilçisinin rəsmisi “Alanyaspor”un “10 nömrə”li formasını Əsgərova hədiyyə edib.