Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağsu şəhər 3 saylı tam orta məktəbdə "İdman hamı üçün" layihəsi çərçivəsində "Taekvondo hamı üçün" devizi altında məşğələ keçirilmişdir.

Rekord.az xəbər verir ki, məşğələ bir çox Respublika və Beynəlxalq turnirlərin mükafatçısı Vüqar Kərimov rəhbərliyi ilə baş tutmuşdur.

Məşğələnin keçirilməsində əsas məqsəd rayonda Taekvondo idman növünə marağın artırılması olmuşdur.